![»](http://xeberdarolaq.ucoz.com/_tbkp/sekiller321/picture196101.jpg)
Tanınmış teleaparıcı Xanım Natiqqızı yeni layihə ilə tamaşaçıların görüşünə gəlib. Aparıcı çalışdığı ANS telekanalından ayrılıb. O, ANS-dən ayrılmasına bu cür aydınlıq gətirib:
"Artıq 3 həftədir ki, Xəzər TV-də "Mənim evim” televiziya verilişinin aparıcısıyam. Bu verilişin reklam hissəsini isə hamının "Çəkirəm ha” verilişindən tanıdığı Xəyalə aparır. Biz bu verilişdə təmir, dizayn və dəblə tamaşaçıları yaxından tanış edirik. O ki, qaldı ANS televiziyasını tərk etməyimə… Onu deyə bilərəm ki, buna ciddi bir səbəb yoxdur. Sadəcə, mən seçimimi etdim”.
|