AzərTAc xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi iyulun 22-də Yaponiyanın Hokkaydo adasının yaxınlığında qəzaya uğrayıb. Qəzanın baş vermə səbəbləri və həlak olanlar barədə hələlik məlumat verilmir.
Hərbi təyyarə adanın şimal-şərqində yerləşən Nemuro şəhəri yaxınlığında dənizə düşüb. Təyyarənin Yaponiyanın şimalındakı ABŞ hərbi bazalarından birinə məxsus olduğu güman edilir.
|