»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 10:06
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Июль » 23 » Şou-biznes nümayəndələrinin borcları nə qədərdir?
22:59
Şou-biznes nümayəndələrinin borcları nə qədərdir?
 

»

Azərbaycan şou-biznesinin nümayəndələri arasında rəqabət həmişə açıq-aydın hiss olunub. Buraya müğənnilərin kliplərini, konsert proqramlarını, xarici səfərlərini, maşınlarını, evlərini, zinət əşyalarını və başqa qiymətli məhsullarını daxil etmək olar. Sadalananların külli miqdarda vəsait tələb etdiyini nəzərə alanda, şou əhlinin borclu olub-olmaması sualı ortaya çıxır. Axı onlar heç də hər şeyi nəğd pulla almırlar.
Publika.Az xəbər verir ki, bu səbəblə milli şou-biznesin bəzi nümayəndələrinə "Nə qədər borcunuz və nə qədər alacağınız var?" sualı ilə müraciət edilib. Bəri başdan qeyd edək ki, ortaya kifayət qədər maraqlı məqamlar çıxıb.

Tanınmış rejissor Aqil M.Quliyevin bu barədə cavabı qısa və dəqiq oldu.

"Bu həyatda borcsuz insanlar ancaq Peyğəmbərlərdir. Hamının krediti də, verəcəyi də var. Hər halda, alacağımız verəcəyimizdən çox olar. Onu da mədəniyyətimizə görə, sona qədər camaatımızdan yığa bilmirik", - deməklə rejissor gileyləndi.

Tanınmış müğənni Nura Suri maddi baxımdan borclu olmadığını söylədi.

"Ümumiyyətlə, söhbət kredit borcundan gedirsə, bu günə qədər kredit borcum olmayıb. Çünki kreditə heç nə almamışam. Hazırda sürdüyüm avtomobil də qardaşımındır.

Alacağım isə yoxdur. Çünki borc pul vermirəm", - müğənni bu sözlərlə fikrini tamamladı.

Tanınmış teleaparıcı İlkin Həsəni borc məsələsi ilə bağlı fikirlərini açıq ifadə edib.

"Bankdan avtomobil almışdım, onu da ödəmişəm. 15 min manat dəyərində borc idi. Hazırda bundan başqa heç bir borcum yoxdur. Mənə borcu olan şəxslər var ki, onlar da yaxından-uzaqdan olan dost-tanışlardı”, - teleaparıcı deyib.

Tanınmış bəstəkar Nadir Əzimovun bu barədə çətin məqamlar yaşamadığı sözlərindən aydın olur:

"Şükür Allaha, nə borcum, nə alacağım var".

Adətən borc məsələləriylə gündəmə gələn tanınmış müğənni Rəqsanə İsmayılova sualımıza maraqlı tərzdə yanaşıb:

"Borcum yoxdur desəm, yalan olar. Bu gün dünyada hər şəxs biznesini kredit vasitəsi ilə qurur, kreditlə məhsul alırlar. Bu da nəticədə borca gətirib çıxarır. Mənim də kredit borclarım var. Avtomobillərimi kreditlə almışam. Borcumun olmasını özümə eyib saymıram. Maykl Ceksonun da borcu var idi. Nə oldu?

Alacağım isə çoxdur. Amma açıqlasam, guya borclarını qaytaracaqlar? Təşkilatçı Rəşad Ani mənə pul borcludur. Borcunu qaytara bilmədiyi üçün, mənə ev təklif etmişdi. Amma evi qəbul etmədim. Çünki ev təmirsiz, şəraitsiz idi. Demək istəyirəm ki, alacağım var və çoxdur”.

Azərbaycanın əməkdar artisti, müğənni Baloğlan Əşrəfov isə ömür boyu heç kimdən borc almadığını qeyd edib:

"15 yaşımdan musiqi fəaliyyətinə başlamışam, həmişə də əlimə pul gəlib. Müəllim ailəsində doğulmuşam, atam məktəb direktoru olub. Hər zaman qohum-əqrabaya əl tutmuşam. Xəstəlik ərəfəsində Türkiyədə xəstəxanada qalırdım. Bütün xərclərimi həmyerlimiz, iş adamı Mübariz Mənsimov öz üzərinə götürdü. Ondan başqa da, heç kimə nə borcum olub, nə da alacağım".


Просмотров: 311 | Добавил: Admin_VuqaR | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024