»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Воскресенье, 30.06.2024, 11:53
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Июль » 25 » Qul olmağa adət etmiş Yerevan iqtidarının faciəsi: kim çox verər?
00:24
Qul olmağa adət etmiş Yerevan iqtidarının faciəsi: kim çox verər?
 

»

Çünki indi, prezident Serj Sarkisyanın hakimiyyətində, ölkənin maraqlarının və xalqın mənafelərinin hərraca çıxarılması prosesi görünməmiş vüsət alıb.

Rusiya Ermənistanda fəallığını azaltmaq niyyətində deyil.

Ermənistanın "Armavia" aviaşirkətini ələ keçirmək istəyən Rusiya şirkətləri bu məqsədlə Ermənistan prezidenti Serj Sarkisyana əvvəlcə şirnikləndirici təkliflər yolladılar, amma Yerevanın inad etdiyini görəndə təzyiqlərə başladılar.

İndi iş o yerə çatıb ki, Sarkisyan aviaşirkətin rəsmi rəhbəri Mixail Baqdasarovun vasitəsilə baş direktor Harutyun Pambukyanı irəli verərək "Armavia"nı satmağa hazır olduğunu bildirir.
Sarkisyan iqtidarı bunu qətiyyətlə təkzib edir və belə fikrinin olmadığını vurğulayır.

Mümkündür ki, Rusiya Ermənistan rəhbərliyinə təzyiq yolunu seçərək kütləvi informasiya vasitələrinə belə "sızdırma"lar vasitəsilə Sarkisyanı yola gətirməyə çalışır.

Ola bilər.

Amma Yerevanda yaşananlar hər şeyin belə sadə və primitiv düzəndə olmadığını göstərir. Belə ki, Ermənistan rəhbərliyi ölkə ərazisində təbii qaz satışı ilə məşğul olan "ArmRosQazprom" şirkətinin səhmlərinin 10 faizini Moskvaya satmağa hazırlaşır.

Bu şirkət əslində Rusiyanın "Qazprom" konserninə məxsusdur və Ermənistana təbii qazın ixracından tutmuş, qazın ölkə ərazisində paylanması və satışınadək bütün prosesi əvvəldən sonadək nəzarətdə saxlayır. "Qazprom"un da öz şirkətinin səhmlərinin bir hissəsini yenidən özünə satması kimi əllamə əməliyyata əl atmasının səbəbi Ermənistan ictimaiyyətindən bəzi faktları gizlətməyə çalışması kimi dəyərləndirilə bilər.

Hər halda erməni ekspertlər belə deyirlər. Onların sözlərinə görə, "ArmRosQazprom"dakı 10 faizlik səhm paketini də Moskvaya satandan sonra rəsmi Yerevan ölkəyə təbii qaz ixracı və ölkədə qaz satışlarına nəzarəti tamamilə itirəcək.

Üstəlik, qazın qiymətlərinin kontrolda saxlanması funksiyaları da rəsmi Yerevanın əlindən çıxacaq.

Ermənistan İqtisadi Tədqiqatlar Assosiasiyasının sədri Vahan Qabrielyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya ermənilərə satdığı təbii qazın qiymətini 60 dollar artırmağa hazırlaşır.

"Belə vəziyyətdə "ArmRosQazprom"un səhmlərinin yerdə qalan hissəsinin də "Qazprom"a və ya bu konsernin hər hansı törəmə şirkətinə satılması Ermənistanın Rusiyanın total nəzarətindən çıxarılması istiqamətində Qərbin gördüyü işlərin uğursuzluğa düçar olması deməkdir. ABŞ və Avropa Birliyi bunu yaxşı düşünməlidir", - Qabrielyan deyib.

Onun sözlərinə görə, bəhs etdiyi səhmlərin artıq Rusiyaya satıldığını da istisna etmir.
Belədirsə, Vaşinqton və Brüssel, gerçəkdən də, Ermənistanda ağır zərbə almış sayıla bilərlər.
Qərb dərk edir ki, dünyada hər şeyin qiyməti var və Ermənistandakı prezident Serj Sarkisyan iqtidarının "islahat"larına minimal dəstək verməklə, habelə müxalifəti vədlərlə yedirtməklə işləri bitmiş saymaq olmaz.

Qərb indi seçim qarşısındadır: ya Ermənistandakı proseslərə daha fəal müdaxilə olunmalı, ölkə müxalifəti düşərgəsində avrointeqrasiyaya meylli qərbpərəst qüvvələr daha aktiv dəstəklənməli, Sarkisyan iqtidarına təzyiqlər artırılmalı - ya da Ermənistan Qərb üçün bütünlüklə itirilməlidir.

Hadisələrin iki inkişaf variantı var. İlk variantda Qərb Yerevandakı Sarkisyan hakimiyyətinə indi verdiyi dəstəyi davam etdirir, Rusiyanın təbii qazın qiymətini bahalaşdırdığına görə Yerevana maddi yardımlar və kreditlər qismində kompensasiyalar verir, "Armavia"nın satılmasına və Ermənistanın Rusiyadan yeni kredit borcları almasına imkan vermir.

İkinci variantda isə Qərb Ermənistanda Rusiya ilə aşkar konfliktə gedəcək, ölkəni Rusiyanın asılılığından qurtarmağa çalışacaq qüvvələrə dəstək verərək onların hakimiyyətə gəlmələrinə şərait yaradacaq. Sözügedən variantda ABŞ və Avropa Birliyinin xərcləri çox olacaq, çünki Rusiyanın Ermənistana maliyyə, hərbi, sosial, siyasi, iqtisadi və s. təzyiq rıçaqları çox güclüdür.

Üstəlik, Moskva indi həmin rıçaqlarla təzyiq vasitələrini sürətlə gücləndirir.

Məhz bu səbəbdən Moskva ilə Yerevan arasında hazırda konseptual danışıqlar aparılır. Sarkisyan iqtidarı da bunu təkzib etmir, "Rusiya ilə əməkdaşlığımızın bütün sahələrini əhatə edən məsələləri müzakirə etməyə başlamışıq" deyir.

Bu isə o deməkdir ki, Qərb Ermənistanda Rusiyanın təsir imkanlarını hər vasitə ilə azaltmağa və zəiflətməyə çalışır, Rusiya isə əksinə, o imkanları daha da artırmağa və gücləndirməyə başlayıb.

Mübarizənin nə ilə başa çatacağını indidən proqnozlaşdırmaq çətindir. Lakin aydındır ki, qarşıdurmada iki amil çox mühüm rol oynayacaq. Həmin amillər Qərbin Ermənistandakı demokratik qüvvələrə dəstəyi gücləndirməsi, boşboğaz vədlər və açıqlamalardan konkret işə keçməsi, habelə Sarkisyan iqtidarını Rusiyadan kölə asılılığından çıxarmaq üçün effektiv tədbirlər görməyə başlamasıdır.

Yalnız bu amillərin reallaşacağı təqdirdə Ermənistan suverenitet və müstəqilliyini bərpa edərək Rusiyanın Cənubi Qafqazdakı əyaləti statusundan, indiki miskin durumundan qurtula bilər.

Ermənistan öz-özlüyündə Qərb üçün geosiyasi, iqtisadi və ya digər amillər baxımından müstəsna əhəmiyyət kəsb edən dövlət deyil. ABŞ və Avropa Birliyini narahat edən məsələ Rusiyanın bu kvazidövlət vasitəsilə Cənubi Qafqazdakı situasiyaya təsir etmək, regionda qeyri-stabillik vəziyyətini yaradaraq saxlamaq və bu minvalla təsir imkanlarını daha da gücləndirmək planlarıdır.

Eyni zamanda, İranın da Ermənistandan gün keçdikcə daha çox yararlanması, Tehrandakı teokratik rejimin Yerevandakı iqtidarla əlaqələri möhkəmləndirməsi və bu minvalla Qərbin sanksiyalarla embarqolar çəmbərini, qismən də olsa, dəlməyə çalışması da ABŞ-ı narahat etməyə bilməz.

Serj Sarkisyan hakimiyyətdə qalmaq üçün gərəkli bildiyi bütün vasitələrə əl atmağa hazırdır və bunu indiyədək dəfələrlə sübut edib. Ermənistan prezidentinin ölkəyə təsir uğrunda güclənən yeni qarşıdurmadan da özünəməxsus şəkildə bəhrələnəcəyi, yəni başçılıq etdiyi dəstənin bandit iqtidarının hakimiyyətdə bundan sonra da uzun müddətdə qalması üçün planlar cızacağı şübhəsizdir.

Sarkisyan görür ki, Qərb bəyanatlar və vədlərinə rəğmən, Ermənistandakı müxalifət qüvvələrinin nisbətən işlək, fəal kəsiminə dəstək vermir, sadəcə, məsləhət və göstərişlərlə kifayətlənir.

Rusiya tam əksinə - ona sadiq qüvvələri vaxtında, özü də yerli anlamda "yetərincə mükafatlandırmağı" bacarır və bunu uğurla da gerçəkləşdirir. Sarkisyan da vəziyyətdən yararlanıb Rusiya ilə siyasi alveri davam etdirməklə yanaşı, Qərb ilə də sövdələşməkdədir - o, iki qüvvənin qarşıdurmasından daha çox dividendlər əldə etmək niyyətindədir.

Ermənistana görə Qərb Rusiya ilə aşkar qarşıdurmaya getməyə razı olacaq və ya Sarkisyan iqtidarı hakimiyyətdə qalmaq üçün satqınlığın yeni reproduksiyasına əl atacaq - bunu zaman göstərəcək.

Просмотров: 243 | Добавил: Admin_VuqaR | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024