"İstəmirdim ki, valideynlərim bacımın qəzaya düşməsini bilsinlər. Ona görə üç gün onlardan gizlətdim. Amma sonunda kimsə onlara deyib. İndi bacım özünü normal hiss edir", - XeberdarOlaq.Ucoz.Com-a istinadən bildirir ki, müğənni Röya bunu yerli telekanallardan birinin efirində deyib.
Röya bildirib ki, bu ağır günündə həmkarları onu tək buraxmayıblar:
"Bütün gecəni yanımda oturub, evə getməyiblər. Hətta mənim danışmadığım, ünsiyyət saxlamadığım adamlar da mənə dəstək oldular. Sevda Yahyayeva axşam saat ondan günorta saat birədək yanımda olub".
Xatırladaq ki, iyulun 16-da Bakı-Astara yolunun Salyan rayonundan keçən hissəsində Röyanın bacısı Vüsalə Nəcəfova qəzaya düşmüşdü. O, əməliyyat olunub və bir böyrəyi çıxarılıb.
|