»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Воскресенье, 30.06.2024, 11:38
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Июль » 25 » Çempionlar Liqası: "Zestafoni" - "Neftçi" oyununda 4 qol vuruldu - YENİLƏNİB
00:19
Çempionlar Liqası: "Zestafoni" - "Neftçi" oyununda 4 qol vuruldu - YENİLƏNİB
 

»

23:52

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Neftçi” də növbəti matçına çıxıb.

Komandamız ilk cəhdində Gürcüstan çempionu "Zestafoni”ni mübarizədən kənarlaşdırmalı idi. Hansı ki, "Neftçi” kimi, bu komanda da son iki mövsümdə ardıcıl olaraq ölkə çempionu adını qazanıb. Növbəti mərhələyə adlamaq yolunda çox şeyə elə ilk oyunda demək olar ki, aydınlıq gətirən "Neftçi” 3:0 hesablı qələbənin davamını gətirmək istəyirdi. Hər halda "ağ-qaralar”ın bu üstünlüyü əldən verməsi inandırıcı görünmürdü.

Gözlənildiyi kimi, komandamız səfər matçında da inamlı təsir bağışlayıb. Qələbə qazana bilməsə də, hər halda heç-heçə növbəti mərhələyə çıxmaq üçün yetərli olub.

Qeyd edək ki, bu komandalardan üstün olan tərəf növbəti mərhələdə "Jilina” (Slovakiya) – "Hapoel” (Şmona, İsrail) cütünün qalibi ilə qarşılaşmalı idi. Həmin cütdə İsrail çempionu güclü olub və "Neftçi" məhz "Hapoel"lə qarşılaşmalı olacaq.

Çempionlar Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunu)
24 iyul

ZESTAFONİ - NEFTÇİ - 2:2 (2:1)
Qol: D.Muciri, 16 (1:0), J.Dvali, 19 (2:0), J.Vobay, 22 (2:1), R.Sadiqov, 52-pen (2:2)
Baş hakim: Artyom Kuçin (Qazaxıstan).
Zestafoni. David Abaşidze adına stadion.
İlk oyun – 0:3

ZESTAFONİ: 89. Roin Kvasxvadze (k), 2. Teymuras Qonqadze, 3. Tornike Qriqalaşvili, 5. Mamuka Kobaxidze, 6. Tedore Qriqalaşvili, 9. Tornike Qorqiaşvili, 10. David Muciri, 11. Jaba Dvali, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 80. Abayomin Seun.
Ehtiyat oyunçular: 12. Zurab Mamaladze, 4. Edik Sacaya, 8. Şota Babunaşvili, 13. Aleks Benaşvili, 20. Zaal Eliava, 27. Luka Ququçiya, 55. Tornike Aptsiauri.
NEFTÇİ: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 26. Kərim Diniyev, 28. Emin Mehdiyev.

Oyun başladı
1. "Zestafoni" dərhal hücuma atılır
2. Komandamızı təxminən 300 azarkeş dəstəkləyir
3. Ted.Qriqalaşvili Vobayı yıxdığı üçün sarı vərəqə alır
4. Bertuççinin asmasını qapıçı tutur
7. "Neftçi" hələ ki, daha çox müdafiəyə diqqət yetirir
15. Üstünlük meydan sahiblərinin tərəfində olsa da, komandamız rəqibin təhlükəli vəziyyət yaratmasına imkan vermir
16. "Zestafoni" oyunda ilk korneri yerinə yetirir: Seunun ötürməsini Muciri tora qovuşdurur - 1:0
19. İmamverdiyevin zərbəsi qapıdan aralı keçir
19. Mucirinin ötürməsini Dvali qapıdan keçirir - 2:0
21. Bertuççinin zərbəsini qapıçı dəf edir
22. QOOOOOOOOOOOOOOOOOOOOOL!!! Komandamızın əks-hücumu zamanı Bertuççinin ötürməsini Vobay tora qovuşdurur - 2:1
23. İmamverdiyevin zərbəsini qapıçı qaytarır
25. Flavinyonun zərbəsi zamanı yenə rəqib qapıçı yerindədi
28. Muciri qeyri-dəqiq zərbə ilə yadda qalır
29. Futbolçular arasında kiçik də olsa, gərginlik yaşanır
30. "Neftçi" artıq topa daha çox nəzarət etməyə çalışır
31. "Neftçi" ilk künc zərbəsini yerinə yetirir: Vobayın ötürməsini qapıya göndərən tapılmır
33. Komandamız təhlükəli hücum qursa da, qapıya zərbə ilə tamamlanmır
34. Cavid ofsayda düşür
35. Matçın bu dəqiqələri bir qədər sönük keçir
36. "Zestafoni"nin korneri zamanı müdafiəçilərimiz yaxşı oynayır
37. "Ağ-qaralar" daha bir korneri boşa verirlər
38. Gürcülərin növbəti korneri zamanı cərimə meydançasında qayda pozulur
40. "Neftçi" korneri qola çevirə bilmir
43. Flavinyonun zərbəsi qapıdan yan keçir
44. "Zestafoni" hücuma atılarkən müdafiədə çoxlu boşluqlar buraxır. "Neftçi" bu boşluqlardan maksimum yararlanmağa çalışmalıdı
45. Komandamız rəqibi topsuz saxlamağı bacarır: ardıcıl 33 ötürmə!
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Gürcülər təhlükəli nöqtədən cərimə zərbəsi vururlar: Mucirinin zərbəsi tirdən dönür
48. "Neftçi" daha bir korneri boşa verir
51. Qonqadze cərimə meydançasında Cavidi yıxır və penaltiyə səbəb olmaqla yanaşı, sarı vərəqə ilə də cəzalanır
52. QOOOOOOOOOOOOOL! Sadiqov penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirir - 2:2
55. Oyunda ilk əvəzləmə: Seun yerini Benaşviliyə verir
57. Benaşvilinin ilk işi qapıya qeyri-dəqiq zərbə vurmaq olur
60. Komandamızın vurduğu ikinci qol demək olar ki, cütün taleyinə tam aydınlıq gətirmiş oldu. Hər halda gürcülər bundan sonra 4-5 qol vuracaq gücdə deyillər
63. Qorqiaşvili yerini Aptsiauriyə verir
65. Stadionda "Zestafoni, davay do svidaniya" qışqırırlar
69. Cavidin əvəzində meydana M.Seyidov çıxır
69. Rəqib komandada isə Qonqadzeni Eliava əvəzləyir
70. Mucirinin zərbəsi müdafiəçilərimizdən dönür
75. Oyun artıq sakit məcrada davam edir
75. Vobayı A.Abdullayev əvəzləyir
80. Komandalar artıq nəticə ilə barışmış görünürlər. Azarkeşlər isə meydanı tərk edirlər
82. Sadiqovun əvəzində meydana E.Mehdiyev çıxır
84. Tor.Qorqiaşvilinin qapıya zərbəsini Rauf dəf edir
84. Korner zamanı yenə eyni futbolçunun qol vurmaq istəyinə yenə Rauf mane olur
88. Muciri qapıya dəqiq zərbə vura bilmir
90. Flavinyonun zərbəsini qapıçı dəf edir
Matç başa çatdı

---------
23:15

Oyunun 52-ci dəqiqəsində Sadiqov penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirir.
"Zestafoni" (Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 2:2.

---------
22:33

Qollar: Muciri, 16, Dvali, 19 - Vobay, 22. "Zestafoni" (Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 2:1.

---------
22:20

David Muciri hesabı açdı. "Zestafoni" (Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:0.

---------
22:00

Matç başlandı.

---------
21:47

XeberdarOlaq.Ucoz.Com "Apasport.az"a isstinadən bildirir ki, ölkəmizin turnirdə yeganə təmsilçisi olan "Neftçi”nin qarşısında növbəti mərhələ adlamaq vəzifəsini yerinə yetirmək durur. Çempionumuzun evdə 3:0 hesabı ilə qalib gəldiyini nəzərə alsaq, Zestafoni şəhərində eyniadlı komanda ilə cavab matçında buna nail olmaq şansı çoxdur. Hər halda, səfərdə hətta 2 top fərqli məğlubiyyət komandamızı III təsnifat mərhələsinə çıxaracaq. Ancaq təbii ki, "Neftçi” rəqib meydanında da qalib gəlmək, ən azı heç-heçə edib, həm mərhələ adlamağa, həm də ölkəmizin UEFA-da reytinqini yüksəltməyə çalışacaq.

Çempionlar Liqası, II təsnifat mərhələsi
Cavab oyunu

24 iyul

22:00. "Zestafoni" (Gürcüstan) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Artyom Kuçin (Qazaxıstan)
Zestafoni. David Abaşidze adına stadion
İlk oyun – 0:3

"Zestafoni": 89. Roin Kvasxvadze (k), 2. Teymuraz Qonqadze, 3. Tornike Qriqalaşvili, 5. Mamuka Kobaxidze, 6. Tedore Qriqalaşvili, 9. Tornike Qorqiaşvili, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 10. David Muciri, 11. Caba Dvali, 80. Abayomi Seun.
Ehtiyat oyunçular: 12. Zurab Mamaladze, 4. Edik Sacaya, 8. Şota Babunaşvili, 20. Zaal Eliava, 55. Tornike Aptsiauri, 13. Benaşvili, 27. Luka Ququçiya.

"Neftçi": 1. Rauf Mehdiyev, 2. Rail Məlikov, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 26. Kərim Diniyev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 28. Emin Mehdiyev.

Просмотров: 372 | Добавил: Admin_VuqaR | Рейтинг: 6.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024