»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 10:00
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Июль » 24 » Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramı - Qəbələ IV Beynəlxalq Musiqi Festivalı başlanıb - FOTO
23:08
Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramı - Qəbələ IV Beynəlxalq Musiqi Festivalı başlanıb - FOTO
 

»

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 24-də Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramı - Qəbələ IV Beynəlxalq Musiqi Festivalı start götürmüşdür.

AzərTAc xəbər verir ki, "Qafqaz Resorte” otelinin kamera zalında keçirilən musiqi bayramının ilk konserti SSRİ Xalq Artisti, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilmişdir.

Əvvəlcə unudulmaz opera və estrada müğənnisi Müslüm Maqomayevin məşhur "Azərbaycan” mahnısı səsləndirilmişdir.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək dahi musiqiçi Müslüm Maqomayevin həyat və yaradıcılığından danışmışdır. Müslüm Maqomayev yaradıcılığının yüksəkliyindən və özəlliyindən söhbət açan nazir bu beynəlxalq musiqi festivalının keçirilməsi ilə bağlı irəli sürülən gözəl təşəbbüsə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmişdir. Nazir bu gün hamının Qəbələyə gözəl səsi ilə hər bir kəsi sehrə salan dahi musiqiçi Müslüm Maqomayevin işığına toplaşdığını bildirmişdir. O, bu cür festivallara hər zaman ehtiyac olduğunu qeyd etmişdir.

Müslüm Maqomayevin Azərbaycan musiqisinin dünyada tanıdılmasında məxsusi rolu olduğunu deyən Ə.Qarayev bildirmişdir ki, "Müslüm Maqomayev çox uca ifaçılıq məktəbinə məxsusdur. İllər, əsrlər keçsə də, bu dahi musiqiçi heç bir zaman unudulmayacaqdır. Sübhəsiz, burada yubileyin keçirilməsi olduqca önəmlidir. Bu gün Müslüm Maqomayevin musiqisi bütün dünyanı riqqətə gətirir və hamı bu ecazkar səsi doymadan dinləyir. Bu məkana toplaşan insanların sayından da Müslüm Maqomayev sənətinin əzəməti hiss olunur”.

Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilmiş konsert məşhur rus bəstəkarı Sergey Raxmaninovun "Qəm etmə” və "Vokaliz” əsərləri ilə başlanmışdır. Daha sonra konsertdə R.Ştrausun "Serenada”, İ.Bramsın "Yasəmən çiçəklənəndə”, R. Şumanın "Fantaziştük”, Ü. Hacıbəylinin "Sevgili canan”, T. Quliyevin "Sənə də qalmaz”, M. Əhmədova və V.Mustafazadənin "Düşüncə”, S.Rüstəmovun "İntizar”, F.Bədəlbəylinin "Şuşa”, Q.Qarayevin və C.Hacıbəyovun "Vətən” operasından Mərdanın ariyası, M.Maqomayevin "Elegiya” əsərləri səsləndirilmişdir.

Konsertdə Qəbələ IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, "Şöhrət” ordenli Fərhad Bədəlbəylinin ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, "Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, festivalın bədii rəhbəri Dmitri Yablonskinin, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadənin, tanınmış vokalçılar - Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Fəridə Məmmədovanın, Xalq Artisti, Prezident təqaüdçüsü Əvəz Abdullayevin, Opera və Balet Teatrının və Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədovanın, Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar Artist, Prezident təqaüdçüsü Gülnaz İsmayılovanın ifasında klassik musiqilər alqışlarla qarşılanmışdır.

Yubiley konsertini izləyənlər arasında Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya, Milli Məclisin deputatı Fəttah Heydərov, tanınmış musiqiçilər, dövlət və hökumət nümayəndələri, musiqisevərlər olmuşlar.

Qəbələ şəhərində iyulun 24-dən avqustun 5-dək keçiriləcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivalın rəsmi açılış mərasimi iyulun 25-də olacaqdır.



Yukle( Sekilelre Bax )  
 
  Yukle( Sekilelre Bax )  
  
Просмотров: 249 | Добавил: Admin_VuqaR | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024