»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 09:40
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Июль » 23 » Azərbaycanda "Halal" standartları təsdiq edildi - QAYDALAR
17:38
Azərbaycanda "Halal" standartları təsdiq edildi - QAYDALAR
 

»

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər", AZS 386-2012 (CAC/GL 24-2012) "Halal" termininin istifadəsi üzrə ümumi qaydalar" və AZS 731-2012 (OİC/SMİİC1:2011) "Halal" qida. Ümumi tələblər" dövlət standartlarını təsdiq edib.

Komitənin mətbuat xidmətindən XeberdarOlaq-a verilən məlumata görə, standartlar 1 avqust 2012-ci il tarixindən Azərbaycan Respublikasında tətbiq ediləcək.

AZS 372-2012 "Halal" ət məhsulları. İstehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələblər" dövlət standartı "Halal" markası ilə satışa buraxılan ət məhsullarına şamil edilir və bu məhsulların istehsalı, daşınması, saxlanması və satışı üzrə ümumi tələbləri müəyyən edir. Standarta əsasən, "halal" ət məhsullarının istehsalı məhsulun keyfiyyəti və təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tələbləri əsasında təşkil edilməli, hazır məhsulun keyfiyyət və təhlükəsizlik göstəriciləri qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun olmalıdır. "Halal" ət məhsullarının istehsal proseslərində bu məhsulların istehsal xüsusiyyətlərini bilən və onlara ciddi riayət edən, xüsusi təlim keçmiş işçilər işləməlidir.

Standarta əsasən, kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır. Heyvanların əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi məsləhət görülmür. Müstəsna hallarda sakitləşdirici elektrik cərəyanı tətbiq etməyə yol verilir. Elektrik cərəyanının gərginliyi, gücü və təsir vaxtı heyvanın növünə əsasən texnoloji sənəddə göstərilməlidir. Hər bir heyvanı kəsməyə "Bismillah, Allahu Əkbər!" deməklə başlamaq lazımdır.

Standarta əsasən, "halal" heyvanların kəsilməsində "haram" sayılan heyvanların keyləşdirilməsi və kəsilməsi üçün işlədilmiş alətlərdən istifadə etməyə icazə verilmir. Həmçinin standartda istehsal sahələrinə və proseslərinə, qablaşdırma və markalanmaya, məhsulun daşınması, saxlanması və satışına olan tələblər də göstərilib.

AZS 386-2012 (CAC/GL 24-2012) "Halal" termininin istifadəsi üzrə ümumi qaydalar" dövlət standartı yeyinti məhsullarının markalanması zamanı məhsulun "halal" prinsiplərinə əsasən hazırlandığı haqqında məlumatın qəbul edilməsi üzrə tələbləri müəyyən edir. Həmçinin standart məhsulun xüsusiyyətləri haqqında məlumatlarda "halal" termininin və ona ekvivalent olan digər terminlərin istifadəsinə şamil edilir və bu terminin əmtəə nişanlarında, firma və kommersiya markalarında istifadəsini müəyyən edir.

Standarta əsasən, məhsulun "halal" olması haqqında məlumatdan markalanmada elə istifadə edilməlidir ki, digər analoji yeyinti məhsulunun təhlükəsizliyi ilə əlaqədar şübhə əmələ gəlməsin və "halal" yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaranmasın.

AZS 731-2012 (OİC/SMİİC1:2011) "Halal" qida. Ümumi tələblər" dövlət standartı İslam qaydalarına uyğun qida məhsullarının hazırlanması məqsədi ilə qida zəncirində xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yüklənib-boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət ediməsi vacib olan ümumi qaydaları əhatə edir.

Standartda heyvanın kəsilmə qaydaları, kəsim üçün nəzərdə tutulmuş heyvanda lazım olan şərtlər, qəssaba olan tələblər, kəsimdə istifadə olunan vasitələr, sallaqxanalara olan tələblər, kəsimdən əvvəl heyvana sağlamlıq baxışı, heyvanın təmizlənməsi və yuyulması, kəsim prosesi və s. ilə bağlı tələblər göstərilib.

Hər üç standartın tələbləri məcburidir. Standartlar Azərbaycan Standartları İnstitutu tərəfindən hazırlanıb

Просмотров: 232 | Добавил: Admin_VuqaR | Рейтинг: 3.3/3
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2012  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024