![»](http://xeberdarolaq.ucoz.com/_tbkp/sekiller321/zakir-qaralov-imzalama.jpg)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bildirib ki, Azərbaycanın baş prokuroru Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun köməkçisi Valeh Səmədov, Baş Prokurorluğun Təşkilat-Analitik idarəsinin prokuroru Zakir Müslümov və Laçın rayon prokuroru Mübariz Bayramov tutduqları vəzifələrdən azad edilərək müvafiq olaraq Quba, Şamaxı və Şabran rayon prokuroru vəzifələrinə təyin ediliblər.
|