»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 12:06
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Ноябрь » 22 » Soyuq qış qapıda: nə geyinməli?
19:08
Soyuq qış qapıda: nə geyinməli?

»

Qadınlar gözəllik həvəskarıdırlar. Onlar gözəl olmaq üçün bütün üsullara əl atır, arzularına çatmağa çalışırlar. Qadını gözəl göstərən, daxilini büruzə edən onun geyimidir. Hər bir qadın gözəl, alicənab görünməyi arzulamaqla yanaşı, diqqət mərkəzində olmağı da sevir.

Qarşıdan qış gəlir. Görəsən, bu qışın dəbi nədir? Xanımlar qışda daha çox hansı rəngə üstünlük verməli olacaqlar? Modelyer və stilist Nərmin Qurbanovanın dediyinə görə, bu qış fəslində tünd rənglər dəbdə olacaq: "Daha çox tünd rənglər - qəhvəyi, qara, göy, boz rənglər və onların müxtəlif çalarları dəbdə olacaq. Pastel tonları, şərab rəngləri-tünd qırmızı, bənövşəyi kimi rənglər bu qışa damğasını vuracaq. Narıncı və qırmızı rəngin müxtəlif tonları bu qış az istifadə edilməlidir".

Onu da qeyd edək ki, bu qışın geyimləri arasında sarı və qəhvəyinin tonlarını, əsgər yaşılı, qızılı, gümüşü, mavi rəngin çalarları dəbdə olacaq. Qara rəng isə ilin favorit rəngidir.

Bu qışın modasında 70-ci illərə bir qayıdış da nəzərə çarpacaq. Belə ki, ötən əsrin sonlarında dəbdə olan aksessuarlar ön plana çıxacaq.

N.Qurbanova deyir ki, bu qış şalvar seçərkən parçalara xüsusi diqqət yetirmək lazımdır. Parçaları çox qarışdırmağı məsləhət görməyən modelyer məxmər parçaların bu il dəbdə olacağını bildirir: "Geyim seçərkən parçadan sonra rəng uyğunluğuna diqqət yetirmək lazımdır. Mövsüm nə olursa- olsun, hər zaman yaşınıza uyğun geyinməyə çalışın. Telekanallarda reklam edilən geyimlər sizin stilinizə və ya bədən quruluşunuza uyğun olmaya bilər. Bu səbəbdən dəb dalınca qaçmayın, özünüzə yaraşanı geyinməyə üstünlük verin".

Bu mövsüm əksər dizaynerlər mavi rəngin tonlarına üstünlük verir. Amma qeyd edək ki, dizaynerlər öz işlərində mavi ilə qaranı bütünləşdiriblər. Müsahibimə görə, bu mövsümdə Uzaq Şərq etnik geyimlərində olan naxışlar dəbdə olacaq. Bir çox brendlərin üzərində belə naxışlara rast gəlinəcək. Dəri həmişəki kimi, bu il də səviyyəsini qoruyub saxlaya biləcək. Dərinin nazik parçalar və kürklərlə kombinəsi bu il dəbə uyğunlaşan xanımlara çox yaraşacaq: "Ancaq onu da nəzərinizə çatdıraq ki, xəz geyimlər qadınları yaşlı göstərir. Bundan əlavə bəstəboylu xanımların kürk geyinməsi onun boyunu daha da kiçildir. Bu amilləri geyim seçərkən nəzərə almaq lazımdır".

Modelyer bildirir ki, bu qış dəbli xanımlar qarderoblarına mütləq naxışlı geyimlər daxil etməlidirlər. İstər idman stili, istərsə də klassik geyimlər geyinən xanımlarımız bu amili nəzərdən qaçırmamalıdlar: "Bu il üçün nəzərdə tutulmuş paltolar, gödəkçələr, kürklər qısa formadadır. Bu üst geyimlərinin uzunluğu maksimum dizə qədər olmalıdır. Artıq uzun geyimlərin dövrü keçdi. Qış üçün nəzərdə tutulmuş ayaqqabılar isə həddən artıq sadədir. Qara, uzunboğaz çəkmələrin bu ilin dəbidir. Boğazında xəz olan dabansız çəkmələr isə ötən ildə qaldı. Dünyaca ünlü modelyerlər məsləhət görür ki, xanımlar daha dəbli görünmək üçün platforma ayaqqabılara deyil, incədabanlı, uzunboğaz çəkmələrə üstünlük versinlər".

Bu qış sadəlik aksessuarlarda da özünü büruzə edir. Sadə papaqlar, əlcəklər, şərflər qadınların sevimli aksessuarlarıdır: "Yenə də qara rəngə üstünlük vermək lazımdır. Qarayla kombinə edilmiş, müxtəlif geyim və aksessuarlar bu il hamının diqqət mərkəzində olacaq. Ən çox naxışlı aksessuarlar, kəmərlər qadınlarımıza çox yaraşacaq".

Xanımların vazkeçilməz aksessuarlarından biri də çantalardır. Bu ilin trendi böyük çantalardır. Ən çox sərt və düzgün formalı çantalar dəbdə olacaq. İdman stilli xanımlar isə enli, yumşaq çantalara üstünlük verməlidir.

Qışın bujiteriyası isə rəngarəng olacaq. İri, qarışıq, çox sayda olan bijuteriyalar xanımları daha dəbli göstərəcək.

Sonda modelyer xanımlara hər zaman dəbə uyğun deyil, yaşlarına uyğun geyimlərə üstünlük verməyi məsləhət görür: "Bəzən görürük ki, 50-60 yaşlı qadın son dərəcə müasir və gənclərə uyğun geyinib. Təbii ki, bu, düzgün deyil. Hər yaşın öz gözəlliyi olduğu kimi, öz geyim tərzi də var. Bunu da qadınlar nəzərə alsalar, yaxşı olar. Geyim yaşa, bədən quruluşuna uyğun seçilməlidir. Daha sonra dəb haqqında düşünmək olar".

Bu ilin makiyaj rənglərinə gəlincə, vizajist Kəmalə Əliyevanın sözlərinə görə, açıq tonlu rənglər dəbdə olacaq: "Açıq göz kölgələri, çəhrayının açıq tonlarında rumyanalar bu ilin trendi olacaq. Ötən illərdə göy, boz, qəhvəyi rənglər dəbdə idi. Bu il isə açıq rənglər dəbdə olacaq. Gündəlik makiyaj rənglərində çəhrayı, narıncı, mavi, yaşıl, ağ rəngin müxtəlif çalarlarından istifadə etmək lazımdır. Gecə makiyajına gəlincə, bu makiyaj bir qədər parlaq, diqqəti cəlb edən olmalıdır".

Vizajist bildirir ki, önəmli olmadığı halda makiyajdan istifadə etmək lazım deyil: "Qışda üzə qidalandırıcı, nəmləndirici kremlər çəkərək ara-sıra dərini istirahətə buraxmaq lazımdır".

"Ekspress" qəzeti

Просмотров: 705 | Добавил: Admin_VuqaR | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024