»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 10:54
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Май » 17 » Səssiz gələn ölüm...
14:19
Səssiz gələn ölüm...
                        

» Soyuq havalarda təbii qaza olan tələbatın çoxalması ilə dəm qazından boğulanların sayında da xeyli artım müşahidə olundu.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirdi ki, dəm qazından boğulma ilə bağlı mərkəzə 2010-cu ildə 349 nəfərin müraciət etdiyi halda, ötən il bu rəqəm 525 nəfər olub. Onlardan 5 nəfəri vəfat edib ki, bunların da 2-si kişi, 3-ü qadındır. Cari ilin yalnız birinci rübündə isə 378 nəfər müraciət edib ki, onlardan da üçü vəfat edib. Qeyd edək ki, bu, yalnız mərkəzə müraciət edənlərlə bağlı statistik rəqəmlərdir.

Bu cür problemlərin yaranmasında əsas amil kimi evlərdə tüstü bacalarının vaxtında təmizlənməməsi göstərilir. Tüstü bacalarının ildə bir neçə dəfə təmizlənməsinin vacibliyini nəzərə alsaq, indi belə tədbirin əsl zamanıdır. Bu istiqamətdə məsul orqanlara gəldikdə isə son vaxtlar vahid bir qurum olaraq həmin işin Bakı İcra Hakimiyyətinə həvalə edildiyi və bunun üçün müəyyən vəsait ayrılması ilə bağlı fikirlər səslənsə də, müvafiq qurumdan bunun həqiqət olmadığı və bunun Mənzil Kommunal Departamentinə aidiyyatı olduğu bildirildi.

Mənzil Kommunal Departamentindən isə bildirdilər ki, Bakı şəhərində konkret olaraq buna nəzarət edən qurum yoxdur.

Bacaları kim təmizləsin?

Konstitusiya Araşdırmaları Fondunun kommunal xidmətlər üzrə eksperti Ələkbər Ağasiyev bildirdi ki, son dövrdə baş verən hadisələr, qəzalar, xəsarət alma, insan tələfatı onu göstərir ki, bu mövzu aktuallığını itirməyib:

"Tüstü bacaları ilə bağlı real vəziyyəti sovet dövrü ilə müqayisə etdikdə 1990-cı illərin əvvəllərinə qədər qüvvədə olan və eyni zamanda nəzarətçilərin, sahə rəislərinin vəzifə öhdəliklərini tənzimləyən təlimatın, həmçinin qaz təchizatında, qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının müvafiq bəndlərinə əsasən, nəzarətçilər tərəfindən vaxtaşırı olaraq hər 2-3 aydan bir istehlakçıların, abonentlərin mənzillərində müvafiq qəza təhlükəsizliyi ilə bağlı yoxlamalar aparılırdı. Yəni həm qaz sızması, həm də tüstü bacalarının istismara yararlı olub-olmadığı yoxlanılırdı. Yüngül də olsa problem yarananda vaxtaşırı profilaktik tədbirlər görülürdü. Hər kəsin evində nəzarət kitabçası var idi və nəticə barədə orada qeyd edilirdi. İstehlakçılar arasında da insan tələfatı, dəm qazından zəhərlənmələr olmurdu. Hündürmərtəbəli binalarda istehlakçıların istifadə etdikləri, istismarda olan qaz cihazlarının tüstü bacaları, "5-dəqiqəlik" ("pyatiminutka") adlanan su qızdırıcıları, kaminlər, radiatorlar da binanın hər mərtəbəsində olan ümumi tüstü bacalarına qoşulurdu".

Ekspert deyir ki, binaların damına çıxış vardı ki, ildə bir dəfədən az olmamaq şərtilə müvafiq qurumların nümayəndələrinin iştirakı ilə, o cümlədən binanın yerləşdiyi əraziyə xidmət göstərən mənzil-istismar sahəsinin nümayəndəsi olmaqla "peçnik" (bacatəmizləyən) təmizləmə işi aparırdı:

"Çünki tüstü bacalarının təmizlənməsi sıravi istehlakçının işi deyil. Xüsusi bilik, təcrübə tələb olunan işdir, məsul şəxslər bunun üçün maaş alırdılar. Bu yoxlamalar aktla rəsmiləşdirilirdi və yanğın təhlükəsizliyi idarəsinə təqdim olunurdu. Bu tədbirlər həyata keçirildiyindən qəza hadisələri baş vermirdi".

Son zamanlar isə məsuliyyətsizlik ucbatından bu öhdəliklərin yerinə yetirilmədiyini deyən ekspertin fikrincə, tüstü bacaları illərlə təmizlənmir. Onun sözlərinə görə, birmərtəbəli yaşayış evlərində baca his bağlayanda ev sahibi özü onu təmizləyə bilsə də, əhalinin əksəriyyəti hündürmərtəbəli yaşayış binalarında yaşayır ki, artıq burada bacaların təmizlənməsi sakinlərin imkanı xaricindədir:

"Tüstü bacalarının təmizlənməsi qaz təchizatında əhaliyə göstərilən xidmətin bir hissəsidir. Qaz təchizatı ilə bir qurumun, təhlükəsizliyi ilə başqa bir qurumun məşğul olması absurddur. İndi məsuliyyət birbaşa istehlakçının üzərinə qoyulur. Dəm qazı elə bir kimyəvi maddədir ki, insan qanına tezliklə keçir və həlak olmasa da, o adam ömürlük əlil olur, bu maddə qanda daim qalır. Bunun üçün "Azəriqaz"ın tərkibində qurum yaradıla bilər".

Tüstü düzdür, baca əyri...

"Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi Tahir Kazımov isə bildirdi ki, yaşayış evlərində mövcud tüstü bacalarının təmizlənməsi, işçi vəziyyətə gətirilməsi, onlara texniki qulluq ev sahibi tərəfindən həyata keçirilməlidir:

"O binalar ki, ayrı-ayrı nazirliklərin, o cümlədən kooperativlərin balansındadır, həmin bina sahibləri binalarda tüstü bacalarının təmizlənməsində, işçi vəziyyətinə salınmasında cavabdehlik daşıyırlar və onu təşkil etməlidirlər".

T.Kazımov onu da bildirdi ki, mütəxəssislər olmadan bunu həyata keçirmək mümkün deyil. Ona görə də mənzil-istismar sahələrində mütəxəssislər çalışır, işçilər olmadığı halda isə həm vətəndaşlar, həm bina sahibləri Fövqəladə Hallar Nazirliyinin tərkibində Könüllü Yanğın Cəmiyyətinə müraciət edə bilərlər. Bu qurum tüstü bacalarının təmizlənməsi, təmiri üzrə xüsusi ixtisaslaşdırılıb və lisenziyası var.

Son zamanlarda tikilmiş fərdi yaşayış evlərində və kooperativlər tərəfindən inşa olunmuş binalarda çox vaxt isitmə sisteminə, o cümlədən suqızdırıcı sistemlərə aid tüstü bacalarının düzgün qurulmadığını və düzgün istismar edilmədiyini deyən T.Kazımov bildirdi ki, Bakı şəhərindəki fərdi yaşayış evlərində payız-qış mövsümündə metaldan düzəldilmiş sobalardan istifadə olunur:

"Bu sobaların tüstü bacaları bina tikilən zaman inşa olunmur. Sadəcə olaraq, soba qoyulduqda divarda deşik açılır və sobanın borusunu bayıra çıxarırlar. Çox vaxt heç onu binanın üstündən yuxarı qaldırmırlar da. İran istehsalı olan sobalardan istifadə zamanı çox vaxt belə hallara yol verilir və hesab edirlər ki, soba özü tüstünü bayıra çıxaracaq. Halbuki sobanın tərkibində belə bir qurğu yoxdur. Bütün sobalarda işlənmiş məhsul olan tüstü onun xüsusi çəkisinə görə bayıra atılır. Birbaşa bayıra çıxarmaqla yanaşı, eyni zamanda onun borunun diametrini çox az götürürlər. 66-77 millimetr götürürlər, halbuki təhlükəsizlk qaydalarına görə, bu, 125 millimetr olmalıdır.

Bundan başqa, tüstü bacaları binaların üst örtüyündən bütün hallarda yuxarı qaldırılmalıdır. Eyni zamanda, tüstü bacalarının yuxarı hissəsində qapaqlıq olmalıdır. Bakı çox zaman küləklidir və bəzi hallarda plastik torbalar bacanın içinə düşür, yaxud üstündə quş yuva qurur. Məsələn, Göyçayda belə bir hadisə baş vermişdi və tüstü bacasında quşun yuva qurmasından xəbəri olmayan sakinlərin qışda sobanı yandırması nəticəsində uşaqlar evdə tüstüdən boğulmuşdular. Hər il mövsümdən əvvəl, ümumiyyətlə, ildə iki dəfədən az olmayaraq tüstü bacaları yoxlanılmalıdır".

Birliyin nümayəndəsi deyir ki, qaz istismar sahələri ildə 2 dəfədən az olmayaraq vətəndaşların mənzillərində, o cümlədən sənaye müəssisələrində qaz avadanlıqlarına texniki baxış keçirir:

"Bu zaman qaz sobaları, onların sazlığı və tüstü bacasına qoşulma vəziyyəti yoxlanılır. Əgər sovurma yoxdursa, müvəqqəti olaraq o qurğuya qazın verilişini dayandırırıq. Son zamanlar sayğaclar mənzillərdən kənara çıxarıldığı üçün bizim əməkdaşları evin içinə buraxmırlar. Belə olduğu halda, sözsüz ki, texniki baxışda problemlər yaranır".

T.Kazımov qeyd etdi ki, "Ümumilikdə bu tədbiri həyata keçirəcək müəyyən bir qurum yoxdur və ola da bilməz. Buna bina rəhbərliyi məsuliyyət daşıyır. FHN-də təsərrüfat hesablı təşkilata müraciət etdikdə müqavilə əsasında bu tədbir çox ucuz qiymətə, 5-6 manata həyata keçirilir. Bütün icra hakimiyyətlərinin nəzdində təhlükəsizliklə bağlı komissiya yaradılıb. Qış mövsümü başlamazdan əvvəl müvafiq qurumlara tapşırıqlar verilir".

Просмотров: 213 | Добавил: Admin_VuqaR | Рейтинг: 2.5/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Май 2012  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024