»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:45
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Ноябрь » 22 » Səidə Sultan atası ilə bağlı ilginc açıqlama etdi
19:36
Səidə Sultan atası ilə bağlı ilginc açıqlama etdi

»

Populyar estrada müğənnisi Səidə Sultan "Aysel" jurnalına müsahibə verib. XeberdarOlaq.Ucoz.Com müsahibəni oxucularına təqdim edir. 

- Sanki hələ imicdə öz yerinizi tapmamısınız, axtarışdasınız, çünki saç rənginizi də tez-tez dəyişirsiniz. Bu nə ilə əlaqədardır?

- Saçım həmişə qısa olub, uşaqlıqdan anam kəsib saçımı. İndi də gecə yatıram, ağlıma nə isə fikir gəlir. Səhər stilistim Natiqə deyirəm ki, saçımı qırx. Eyni saç formasında çox qala bilmirəm. Bəlkə də keçəl qırxdırdım (gülür - red.). Sanki bu yolla rahatlayıram, hirsimi çıxarıram.

- Bəs sənətdə necə, yerinizi tapmısınız?

- Sənətdə yerimi yetərincə tapmışam, sadəcə olaraq mərdimazarlar, aravuranlar, pis insanlar olmasa, yaxşı olar. Sənətdə yolumu kəsənlər çoxdur. Mən pik nöqtəni fəth edəcək bir müğənniyəm və bunu bilənlər də pislik etməyə çalışırlar. Mən də həvəsdən düşürəm. Dilim var, dalaşaram, amma pislik etməyə qorxaram.

- Məncə, bu situasiya xoşunuza gəlir, hərçənd səsinizlə irəli gedə bilərsiniz. İnternetdə yayılan qeyri-etik şəkilləri nəzərdə tuturam...

- Bəhs etdiyiniz şəkillər 8 il öncə çəkilib. Artıq mən qocalmışam, amma hələ də onların söhbəti gedir.

- Deməli, onları əvəz edəcək bir şey ortalığa çıxmayıb ki, onlar barədə danışılır...

- İnanın, əvəz edəcək bir şey də çıxsa, danışılacaq. O insanlar bilirlər ki, bu, mənim xoşuma gəlmir. Kimsə məni zəif nöqtəmdən vurmağı xoşlayır. Mənə bir şey çatmır ki, onlar arasında xalq artisti, əməkdar artist də var. Amma səhvi özümdə görürəm.

- Səidə Sultan dedikdə, ağıla ilk olaraq hansı mahnı gəlir? Məncə, beləsi yoxdur.

- Bu, elə bir sənətdir ki, irəli getmək üçün kimlərdənsə istifadə etməyi bacarmalısan. Vurmalısan, yıxmalısan, kiminsə yolunu kəsməlisən. Mənsə əyilməyi sevmirəm, bu yekəxanalıq deyil, əsla. Acından ölsəm də, kimdənsə pul istəyə bilmərəm. Qarşıma milyonçu çıxsa da, əslində, çıxıb da, deyə bilmərəm ki, mənim üçün nə isə et. Bizim sənət bunu tələb edir. İstəmirəm adımın yanına bir ad qoşulsun. Səidə Sultan deyəndə, adım tər-təmiz çıxır, deyilmir ki, filankəs saxlayır. İti saxlayarlar, adamı yox. Həmişə elə şeylərdən qaçmışam. Qoy təmiz adım olsun. Yalnız üstümə həyat yoldaşımın adı yazıla bilər. Dostum ola bilər, mənə nə isə hədiyyə edə bilər, o, başqa. Qoy məni elə dəli kimi tanısınlar (gülür - red.).

- Xatirə də ərə getdi…

- Qismət. Xatirə yatsa, yuxusuna girməzdi ki, ərə gedəcək. Hər şey ani oldu, on günün içində, oğlan onu toyda görüb bəyəndi, özü də adi qız kimi bəyənib evləndi. Düzdür, qismət insanın öz əlindədir, mənim də qismətim çıxıb, seçə bilərdim, ərə gedə bilərdim. Sonradan düşünmüşəm ki, bu, uzun sürməyəcək.

- Axı bunu heç kim bilə bilməz.

-Məndə o hisslər var. Yəni öncədən hiss edə bilirəm.

- Kənardan şıltaq qız kimi görünürsünüz, sanki ciddi sevgi münasibəti sizlik deyil?

- Elə görünür (gülür - red.) Əksinə. Böyük sevgi yaşamışam, amma özüm qırmışam, söz-söhbət məni bezdirib. İndiyə qədər də o insan məndən əl çəkmir, istəyir. Məni sevənlər çox olub, hətta qızlarının adını da Səidə qoyublar. Kişinin sözü bir olmalıdır, dedi, eləməlidir. Hərləndi-fırlandı mənlik deyil. Ailəli insanla heç vaxt artıq hərəkət eləmərəm. Ailəli insanın birinci növbədə xanımına hörmət edirəm. Mən də onun kimi bir xanımam, kim istəyər ki, ərinin başqa xanımı da olsun?! Həyatda düz olmaq çətindir, düz olursan düzdə qalırsan.

- Ailənizdən bəhs edin.

- Anam bağça müdirəsidir, iki bacım var, ərdədirlər. Xalayam, ikinci dəfə xala olmağa hazırlaşıram. Yeznələrimi də çox sevirəm.

- Bəs atanız?

- O rəhmətə gedib, 5 il bundan qabaq, qaraciyər serrozundan.

- Sizcə, bu zamana qədər nələrə nail olmusunuz?

- Həyatda nəyəsə nail olmaq üçün özümü öldürən insan deyiləm, biclik eləməyi bacarmıram. Hər şey birdən olmur ki, çətinlik olmalıdır. Allah çətinliyin içində insanı sınayır. İşim var, ruzim var, min bərəkət. Xarakterim fərqlidir, atam "vor" aləmindən olub, xasiyyətim qandan gəlir, ondan mənə keçib. Anam deyir ki, qız deyilsən, "qədeşsən" (gülür - red.).

Просмотров: 386 | Добавил: Admin_VuqaR | Рейтинг: 6.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024