»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:55
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Ноябрь » 22 » Qəhrəmanlıq salnamələri
19:24
Qəhrəmanlıq salnamələri

»

Azərbaycan zaman-zaman qəhrəmanlar yetirib. Bu yurdun igid, ər oğulları hər zaman Vətənin başı üzərini qara buludlar alanda silaha sarılaraq yadlara-yağılara qarşı böyük mərdliklə vuruşublar. Tariximizin elə bir səhifəsi yoxdur ki, orada Vətən övladlarının böyük qəhrəmanlıq səlnamələrinin şahidi olmayasan. Belə qəhrəman və unudulmaz soydaşlarımızdan biri də 22 noyabr 1922-ci ildə Şamaxı şəhərində anadan olmuş Adil Hüseyn oğlu Quliyevdir. Noyabr ayının 22-də bu cəsur qəhrəmanın anadan olmasının 90 ili tamam olur.

Məqsədimiz qəhrəman təyyarəçimizin İkinci Dünya müharibəsində keçdiyi döyüş yollarından bəzi məqamları 90 illik yubileyi şərəfinə diqqətə çatdırmaqdır. Uşaqlığı və yeniyetməlik dövrü Bakıda keçən Adil paytaxtdakı 132 saylı orta məktəbi yenicə bitirmişdi ki, müharibənin qara buludları ölkə səmasını bürüdü. Ürəyi arzularla aşıb-daşan Adilin gənclik dövrü müharibənin odlu-alovlu illərinə düşdü. Faşist Almaniyası az bir zaman içərisində Avropanı işğal edərək Sovet İttifaqına hücum etdi. Bəşəriyyət o zamana kimi insanlığın görünməmiş bir qətliamı ilə üz-üzə qaldı. Müharibənin ilk günlərindən Azərbaycan xalqının da üzərinə ağır işlər düşdü. Yüz minlərlə soydaşı kimi Adil də müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə atıldı. O, hələ məktəb illərindən təyyarəçilik sənətinə böyük həvəs göstərər və Bakı təyyarəçilik klubundakı məşğələlər onun bu həvəsini daha da artırdı.

1941-ci ildə hərbi xidmətə çağırılan Adil Quliyev 1942-ci ildə Stalinqrad Hərbi Təyyarəçilik Məktəbini bitirərək müharibəyə hərbi-təyyarəçi kimi qatıldı. Ağır müharibə illərində müxtəlif cəbhələrdə, şəhər və ölkələrdə döyüşdü. Harada, hansı hərbi hissənin tərkibində vuruşdusa, özünü Azərbaycan adının şərəfinə layiq bir övlad kimi təsdiq etdi.

Adil Quliyevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarla bağlı o zaman ölkə mətbuatında da çox sayda məqalələr dərc olunurdu. Bu məqalələrdə Vətən oğlunun düşmənlə mübarizədə göstərdiyi şücaətlərdən söhbət açılırdı. Ozamankı qəzet məqalələrindən birində deyilir ki. Adil Quliyev "stalinçi şahindir". Onun 22 yaşı var. Azərbaycan komsomolunun yetirməsi olan bu gənc təyyarəçi zəngin döyüş və qələbə yolu keçmişdir.

Adil Quliyev 1942-ci ildə döyüşən

ordu sıralarında şimal-qərb və cənub-qərb cəbhələrində faşistlərə qarşı ölüm-dirim vuruşlarına girdi. İlk vaxtlarda sıravi təyyarəçi olan Adil döyüş təcrübəsini sürətlə artıraraq qısa zaman çərçivəsində təyyarəçilər dəstəsinin komandir müavini oldu.

O, ilk döyüşə məşhur Oryol vuruşmalarında qatıldı. Bu savaş onun sonrakı döyüş yollarında silinməz izlər qoydu. Sonralar qəhrəman özü bu döyüşləri belə xatırlayırdı: "Hər gün iki-üç dəfə havaya qalxıb düşmən mövqelərinə hücum etmək lazım gəlirdi. Bir dəfə biz "İlyuşin"lərin yanınca uçurduq. Cəbhə xəttini keçərkən almanların 4 "Fokker-Vults" təyyarəsinə rast gəldik. Aramızdakı məsafə get-gedə azalırdı. Mən özümüzünkülərə səmada düşmən təyyarələri göründüyünü xəbər verib diqqətli olmağı məsləhət gördüm. Hamımız döyüşə hazır olaraq düşməni qarşılamaq üçün cəsarətlə irəliləyirdik. Bir-birimizi itirməmək üçün qabaqca uçan hücumçu təyyarələrlə əlaqə saxlayırdıq. Bir qədər sonra alman təyyarələri soldan bizə yaxınlaşaraq 500-600 mertlikdən həmlə etməyə başladılar. Lakin onların bu cəhdi puça çıxdı. Mən qarşıdan hücum edib yoldaşıma əmr verdim ki, onları üst tərəfdən həmlə etməyə buraxmasın. Bu zaman "İlyuşin" təyyarələrimiz nəzərdə tutulan mövqeləri bombalamağa başladılar. Karıxmış düşmən təyyarələri sağ tərəfdən bizə həmlə etməyə çalışdılar. Lakin bu dəfə də mən onları qabaqladım. Müəyyən hündürlüyə qalxdıqdan sonra düşmən təyyarələrinə güllə yağdırdıq. İlk dəfə olaraq almanların bir "Fokker-Vults" təyyarəsini vurub saldım".

İlk döyüş uğurundan sonra Adil Quliyevin qələbələrinin sayı da sürətlə artırdı. O, daha da mətinləşir, polad kimi bərkiyirdi. Hətta elə olurdu ki, igid şahin eyni vaxtda iki düşmən təyyarəsi ilə təkbətək vuruşmalı olurdu.

Qanlı-qadalı müharibə illəri davam edirdi. Adil döyüşdən-döyüşə, cəbhədən-cəbhəyə adlayır, hitlerçi faşistlərlə qəhrəmanlıqla döyüşürdü. O illərdə hərbi hissə komandiri Zvorıtinin Bakı Komsomol Komitəsinə göndərdiyi məktubda cəsur təyyarəçinin döyüş rəşadətlərindən söz açılırdı: "Qvardiya baş leytenantı Adil Quliyev faşist işğalçılarına qarşı döyüş meydanlarında misilsiz şücaət və igidlik nümunələri göstərir. O, hitlerçi quzğunların əsl qənimi olmuşdur. Adil Quliyev döyüş texnikasına məharətlə yiyələnərək və düşməni məhv etmək üçün var gücünü, bütün bacarığını sərf edir. O, hərbi əməliyyat fənnini mükəmməl öyrənmiş, zəngin döyüş təcrübəsi əldə etmişdir. Hissəmizin komandirləri və bütün şəxsi heyəti Vətənimizi sədaqətlə müdafiə edən qoçaq əsgərimizlə fəxr edir və Qızıl Ordu üçün Adil Quliyev kimi igidlər yetişdirən Lenin komsomolunun Bakı Komitəsinə təşəkkür edir".

Adil Quliyev döyüş meydanlarında yaddaqalan hadisələrin və görüşlərin iştirakçısı oldu. Belə unudulmaz görüşlərdən biri də xalqımızın igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya tank qoşunları general-mayoru Həzi Aslanovla oldu. Ağır döyüşlərin birində onların döyüş yolları kəsişdi. Onlar müharibənin ən ağır günlərinin birində qanlı döyüş meydanında tanış olub, dostlaşdılar. Hətta bir neçə dəfə birlikdə döyüş əməliyyatlarında iştirak etdilər. Adil Quliyev əfsanəvi generalın həmyerlisi və dostu olmaqdan qürur duyardı. Sonralar o öz xatirələrində yazırdı ki, Həzi Aslanovun ölüm xəbəri onun üçün ən ağır xəbərlərdən biri olub.

Adil Quliyev Böyük Vətən müharibəsinin yeddi cəbhəsində vuruşmuş, 265 dəfə havaya qalxmış, 64 hava döyüşlərində iştirak etmiş, faşistlərin 18 döyüş təyyarəsini məhv etmişdir.

Döyüşlərdə göstərdiyi böyük rəşadətə görə Adil Quliyev 23 fevral 1945-ci ildə ən yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Təbii ki, bu xəbərə ən çox sevinənlər onun həmvətənləri idi.

Adil Quliyev müharibədən sonra Hərbi Hava Qüvvələri Akademiyasını bitirərək 1966-cı ilədək öz xidmətini davam etdirib polkovnik rütbəsinədək yüksəldi. Sonradan hərbidən ayrılaraq mülki xidmətə keçdi. Uzun illər Bakı aeroportunun rəisi işlədi. SSRİ Ali Sovetinin deputatı oldu. Burada da o özünü bacarıqlı, qayğıkeş rəhbər, həm də əsl qəhrəman kimi təsdiq etdi. Xidməti vəzifəsindəki uğurlarına görə dəfələrlə dövlət mükafatlarına layiq görüldü.

Qəhrəman Vətən oğlu Adil Hüseyn oğlu Quliyev 1992-ci ildə dünyasını dəyişdi və xalqın böyük ehtiramı ilə Fəxri xiyabanda dəfn olundu.

70 illik ömrünün 50 ilini aviasiyamıza həsr etmiş bu cəsur təyyarəçinin ailəsində davamçısı var. Kiçik oğlu Adil atasının arzusu ilə 1973-cü ildə Krasnokutsk mülki aviasiya məktəbinə qəbul olaraq mülki aviasiya təyyarəçisi ixtisasına yiyələnmişdir.

40 ilə yaxın vaxt ərzində atasının layiqli davamçısı kimi özünü doğruldaraq hazırda "Azərbaycan Hava Yolları" QSC-də uçuşların istehsalı idarəsinin rəisi vəzifəsində çalışan Adil Adil oğlu Quliyev müasir mülki aviasiyamızda ilk dəfə olaraq uçuş təhlükəsizliyinin təmin olunmasında, yeni aviasiya texnikasının mənimsənilməsində göstərdiyi böyük xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar pilotu" fəxri adına layiq görülmüşdür.

Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Mülki Aviasiya Muzeyi bu əlamətdar günün keçirilməsinə hazırlaşır. (Mülki Aviasiya Muzeyi "Azərbaycan Hava Yolları" QSC-nin qərarı ilə 2005-ci ildə yaradılmışdır).

Просмотров: 247 | Добавил: Admin_VuqaR | Рейтинг: 3.0/3
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024