»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 10:06
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2013 » Июль » 9 » On bir ayın sultanı - Ramazan gəldi
22:48
On bir ayın sultanı - Ramazan gəldi

»

çərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin SəsTV-yə müsahibəsi

- Müqəddəs kitabımız Qurani-Kərimdə mübarək Ramazan ayı ilə bağlı nələr buyurulur?
- Ramazan ayı yeganə aydır ki, onun adı Qurani Kərimdə səslənir. Bəqərə sürəsinin 183-184-cü ayələrində bariz şəkildə Ramazan ayının İlahi ərəfindən əmr olunduğu buyrulur: "Ey allaha iman gətirən kəslər orucluq sizdən əvvəlki ümmətlərə vacib olunduğu kimi, sizlərə də vacib edildi ki, təqvə sahib olasız. Bu ayın müqəddəsliyi ondadır ki, bu ayda İlahi Qurani-Kərimi nazil edib. Məhz, ilk vəhy Ramazan ayına təsadüf edir. Bir sözlə söyləmək istərdim ki, Qurani-Kərim Ramazanın baharıdır, Ramazan da Qurani-Kərimin. Bu iki məhfumu bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.

- İnsanlar Ramazanda təkcə ac qalmaqlamı imtahana çəkilir?
- Ramazan ayında orucu batil eliyən 9 şərtlər var. Onlardan biri də yemək və içməkdir. Cismin nə qədər qidaya ehtiyacı varsa, mənəviyyatın da mənəvi qidaya ehtiyacı var. Şərt deyil ki, insan ac qalsın. Burada əsas məntiq insan cismən ac və susuz qalmaqla, eyni zamanda acların və susuzların qədrini bilsinlər. Ramazan ayı bərabərlik, ülfət ayıdır.

- Dərman preparatları qəbul edən insanlar oruc tuta bilərmi?
- Orucu batil edən şərtlərdən biri də qatı tozun insan boğazına getməsi, eyni zamanda, damarına xüsusi olaraq hansısa bir orqanı qidalandırmaq məqsədi ilə hansısa preparatın yeridilməsidir. Qurani- Kərimdə buyrulur ki, islam dini zor dini deyil, insanları zora salmaq olmaz. Bəzi müstəsnalar qeyd edilir ki, insanlar səfərdə olsalar, xəstə olsalar o zaman sağalandan sonra günə-gün oruc tutacaqlar. Əgər bilərəkdən oruclarını batil etsələr 60 gün qəza orucu tutacaqlar.

- Mühüm məsələlərdən bir də, Ramazan ayında toyların keçirilməsidir. Bununla bağlı islam dini hansı icazələri verir və yaxud da qadağaları qoyur?
- Ümumiyyətlə, nəinki Ramazan ayında hətta bütün il ərzində Allahın haram buyurduğu şeylər süfrədə olarsa heç bir ayda icazə verilmir. Bu bizim deyil, Quranın, Peyğəmbərlərin cavabıdır. Normal olaraq Ramazan ayı bayram ayı olduğu üçün insanlar toy edə bilərlər. Ancaq bu ayın bərəkətinə, insani keyfiyyətlərə görə çalışmaq lazımdır ki, süfrədə haram buyrulan şeylər olmasın. O zaman toy etmək qəbahət, günah sayılmaz.

- Fiziki qüsurları və yaxud xəstəliyi olan insanlar oruc tutmaqdan azaddır. Bəs o zaman onlar savab qazanmaq üçün bu ayda nə etməlidirlər?
- Əgər hər hansı bir kəs oruc tutmaq istəyir amma müəyyən qüsura görə tuta bilmirsə, onun əvəzində gün ərzində yediyi qidanın pulunu hesablamalı və yaxud ay ərzində yediyi qidanın pulunu hesablamalı kəffarə olaraq fidyə verməlidir. Yəni yetimin qarnını doyuzdurmalı, böyüyə-kiçiyə rəhm etməli, xüsusilə çoxlu sədəkələr verməlidir. İmkan çərçivəsində orucluğun fidyəsini və kəffarəsini verməlidir.

- Oruc tutan qadınların bir qismi kosmetik vasitələrdən istifadə edirlər. Bu orucu pozurmu?
- Allah gözəldir və bütün gözəllikləri sevir. Bütün əşyalar, zinnətlər xanımlara məxsusdur. Onlar öz məhrəmləri üçün nə qədr gözəl görünsələr bir o qədər yaxşıdır. Bu islamda bəyənilən amillərdəndir. Ramazan ayında bəzi xanımlar gündəlik həyat tərzlərindən fərqli olaraq, kosmetik vasitələrdən istifadə etmirlər. Ancaq bunun heç nəyə xələli yoxdur və orucu batil etmir. Yalnız sürmə istifadə edən xanımlar elə etməlidirlər ki, sürmə gözün daxilinə getməsin. Bir şeyi də nəzərə çatdıraq ki, namaz qılan xanımlar dəstəmazda bir az diqqətli olmalıdırlar. Məsələn, dəstəmaz alan zaman dırnaqları boyalı olanda dırnağa su dəymir və dəstəmazları batil olur. Dəstəmaz alınan bədən nahiyələrindən biri bağlı olarsa bu təbii ki, dəstəmazı, eyni zamanda namazı batil edir.

- Ramazan ayı yay fəslinə düşəndə oruc tutmaq qismən çətin olur. Bu fəsildə tutulan oruc nə dərəcədə fəzilətlidir?
- Bir neçə ildir ki, Ramazan ayı yay fəslinə təsadüf edir. Bununla bağlı biz hər zaman inanclı insanlara xəbərdarlıq edirik. Belə ki, iftar, imsak zamanı nə yediklərinə diqqətli olmalıdırlar. Bəzi insanlar bədən muavinətlərini qoruyub saxlamaq üçün təbii şirələrdən istifadə edirlər ki, bu da bir neçə saatdan sonra susamağa səbəb olur. Ümumiyyətlə, Ramazan ayında isanlar adaptasiya olunmalıdır. İnsanlar fikirləşməlidir ki, müəyyən şeylər mənim cismimə, ruhuma, bədənimə müəyyən çətinliklər yaradacaqsa, oruc tutmağıma mane olacaqsa bu hala insan özünü hazırlamalıdır. Peyğəmbərlərimizin hədislərində isti, qızmar günlərdə oruc tutmaq birə-yüz dəyərləndirilir. Əgər insan qızmar günəşin altında oruc tutursa, dodaqları istidən çatlayıbsa, onun ağzından çıxan hər nəfəs "La İlahə İllalah”dı, zikrdi, təsbehdi. Bundan böyük savab yoxdu. İnsanlara tövsüyyə edilir ki, məhz qızmar aylarda oruc tutsunlar ki, axirətin odundan azad olsunlar.

Просмотров: 503 | Добавил: Admin_VuqaR | Теги: Ramazan da Qurani-Kərimin”, Hacı Surxay: “Qurani-Kərim Ramazanı | Рейтинг: 6.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2013  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024