»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:20
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Ноябрь » 16 » Məşhur azərbaycanlı astroloqdan müdhiş "qiyamət günü" açıqlaması
18:10
Məşhur azərbaycanlı astroloqdan müdhiş "qiyamət günü" açıqlaması
     

»

"İngiltərə, İspaniya, müxtəlif Afrika ölkələri su altında qalacaq. Dünyanı çox ağır sınaqlar gözləyir”.

Dünya insanı üçün 2012-ci ilin 21 dekabr tarixi əlamətdar sayılır. Bakı mağazalarında şam, qurudulmuş çörəyə alıcı axını artıq adiləşib. Dünyada isə insanlar axirət gününə anormal səviyyədə hazırlaşırlar. Sığınacaqlar, Nuh gəmisini xatırladan gəmilər, evlər, zirzəmilər.... artıq satışa çıxarılıb. Bundan başqa, dünya insanı axirət günü "rahatlığı” ilə banklardan kütləvi miqdarda kredit pul götürür. Onlar dünyanın son gününün yetişəcəyi əminliyi ilə "bu dünyanın dadını çıxarmaq istəyirlər”. Amma Azərbaycanda qiyamət günü ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, habelə Şamaxı rəsədxanası səviyyəsində təkzib gəlib.

İndiyə qədər dünyanın dağılacağı ilə bağlı 50 iddia olub

Astroloq Səbuhi Rəhimli də hesab edir ki, dünyanın son günü tezisləri heç bir məntiqə söykənmir. Onun fikrincə, müxtəlif dövrlərdə idarəetmədə olan insanlar, siyasi dəllallar camaatı ölüm xofunda, təsir altında saxlamaq və onlardan öz məqsədlərinə çatmaq üçün istifadə etmək niyyəti ilə dünyanın müxtəlif tarixlərdə dağılacağı barədə iddialar irəli sürürlər. Müsahibimiz xatırlatdı ki, indiyə qədər dünyanın dağılacağı barədə 50-yə yaxın yalan iddialar irəli sürülüb: "1000, 666, 1666-cı illərdə insanları böyük qorxuya salan iddialar ortaya atılıb. Hətta 666-cı ildə dünyanın dağılması ilə bağlı o qədər inandırıcı faktlar irəli sürülüb ki, 2000-ə yaxın insan qəbir qazaraq, içində oturub həmin məqamı gözləyiblər. Deyilən məqamda isə güclü şimşək çaxıb, yağış yağmağa başlayıb. Ölümü gözləyən insanlardan 200-ə yaxını şimşəyin səsindən qorxaraq, dünyasını dəyişib. Elə qazdıqları qəbirlərdə də dəfn ediliblər”.

Astroloq deyir ki, dünya inkişaf etdikcə dünyanı idarəetmə sevdasına düşənlər müxtəlif görücülərinin adından istifadə edərək, dünyanın sonu barəsində müxtəlif fikirlər yürüdürlər. Onun sözlərinə görə, Edqar Keysi, Nostradamus və son zamanlar Vanqaya istinad edən fikir ovçuları insanları həmişə təsir altında saxlamaq niyyətindədirlər. Astroloqun araşdırmalarına görə, adı sadalanan görücülərin heç biri dünyanın sonu haqqında bircə kəlmə də qeyd etməyiblər. Müsahibimin fikrincə, hələ Məhəmməd Peyğəmbərin (ə.s) dövründə ona dünyanın dağılması barədə suallar verirmişlər: "Dünyanın dağılacağı, qiyamət günü ilə bağlı bir sıra əlamətlər var. Peyğəmbərimiz hədislərinin birində buyurub ki, dünyanın dağılmasına 100 il qalmış yer üzündə bir nəfər də olsa, ibadət edən qalmayacaq. Özünüz düşünün, müsəlman ölkələrində heç ibadət etməyənlər belə cümə namazını qılırlar. Bu günümüzə nəzər salaraq demək olar ki, dünyanın sonuna hələ çox var”.

Bu, bankların və siyasi dəllalların əməlidir

Müsahibimiz "2012-ci il - dünyanın sonu” adlı bir kitab da yazdığını dedi. S.Rəhimli həmin kitabda 2012-ci ildə dünyanın sonu çatacağı versiyasını təkzib edib: "Sadəcə olaraq, 21 dekabrda planetlərin paradı baş verir. Yer kürəsinin hansısa yeri qaranlıq olmayacaq. 10 ildən, 7 ildən bir planetlərin paradı olur. Onlar müvafiq ritminə görə fırlanır. Biri sürətli gedir, o biri tərsinə gedir. Günəşə nəzərən düzülürlər. O da hamısı yox. Merkuri ilə Venera Yerlə Günəşin arasında olacaq. Uzağı bir saata yaxın Veneranın yarıkölgəli, tutqun kölgəsi Şimal qütbünə kölgə sala bilər. Amma bunun hansısa qiyamət, təbii fəlakətlərəsə səbəb olacağı boşdur. Dünən adicə gün tutuldu. Onun təsiri haqqında danışdığımız tutulmadan daha böyükdür. Bu olay sadəcə astrofizikanı öyrənmək üçün maraqlıdır”.

S.Rəhimli dünyanın dağılacağı barədə məlumatların yaranmasının bir səbəbinin də iqtisadi böhranla bağlı olduğunu güman edir. Belə ki, son 4 ildə dünya banklarında kreditlərin faizi olduqca aşağı düşüb. Onun sözlərinə görə, insanları "onsuz da dünya dağılacaq, borcunuzu ödəməyəcəksiniz, gəlin kredit götürün” fikri ilə aldatmağa çalışırlar: "Bundan başqa, bu, siyasi dəllalların işidir. Bu, zaman-zaman olub. Dünyada böyük siyasi proseslərə start veriləcək. İnsan axirət haqda düşünəndə isə material dünyada baş verənlərlə maraqlanmır”.

2013-cü ilin ortalarında təbii fəlakətlər səngiyəcək

Dünyanın dağılacağı fikrini əsas götürənlərin bir qismi isə Mayya təqviminə əsaslanır. Mayya təqvimindəki ikinci kitabə 2012-ci il dekabrın 21-də başa çatır. Kitabəyə görə, bu gündə bütün planetlər bir sıraya düzüləcək, planetlərin paradı olacaq. Lakin bu gün üçün heç bir təhlükə gözlənilmir. "Tarixdə eralar insanlara, təbiətə, insanların düşüncəsinə təsir etmək xüsusiyyətlərinə malikdir” deyən astroloqun bildirdiyinə görə, eralar bürclər kimi dəyərləndirilir, lakin geri gedir: "İsa peyğəmbərin doğulması ilə başlayan ”Balıqlar" erası 1991-ci ildə başa çatdı. Daha sonra 12 illik keçid dövrü oldu. Dünya 2003-cü ildə "Dolça” erasına keçdi. Hər bir eranın yanaşma forması var. Məsələn, "Əqrəb” erasında Nuhun tufanı baş verib. "Dolça” erasında dünya təmir ediləcək. Yeganə təhlükə qütblərin sürüşməsidir ki, okean sularında artma baş verib. Bunun nəticəsində İngiltərə, İspaniya, müxtəlif Afrika ölkələri su altında qalacaq. Dünyanı çox ağır sınaqlar gözləyir. 2012 kulminasiya nöqtəsidir".

Müsahibimiz dedi ki, 21 dekabrda cəmi bir hadisə baş verəcək: ""Balıqlar” erasından "Dolçalar” erasına keçid olacaq. Bu keçid zamanı atmosferdə dəyişiklik müşahidə olunur. Dünya təmir olunur. Təbiət hadisələri və başqa şeylər olur. 2013-cü ilin ortalarından təbii fəlakətlər səngiyəcək. Günəş püskürmələri qayıdacaq. Kosmosun çılğınlıq dövrüdür".

Astroloqa dünyada, xüsusən Amerikada bu tezislərin çox populyar olduğunu, insanların çılğınlıqla dünyanın sonuna hazırlaşdığını xatırladırıq. Deyir ki, bu, sionistlərin ortaya atdığı iddialardır: "Əslində heç Dalay Lama da belə bir şey yazmayıb. Nostradamusun, Vanqanın dünyanın sonu ilə bağlı dediklərində də 21 dekabrla bağlı heç nə yoxdur. Cahil insanlar buna inanırlar. Amerikada qasırğa və fəlakətlərin olması da bu inancı daha da artırıb”.

23:01

Просмотров: 220 | Добавил: Admin_VuqaR | Рейтинг: 6.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024