»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Четверг, 04.07.2024, 11:59
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2012 » Ноябрь » 16 » Azərbaycanlı müğənni mükəmməl ifaya pay verdi
18:02
Azərbaycanlı müğənni mükəmməl ifaya pay verdi
     

»

XeberdarOlaq.Ucoz.Com xəbər verir ki, ötən gün şəhər otellərinin birində vokalçı Lətifə Soyöz (Fətəliyeva) media mənsublarının başına cəm edərək "Prima” adlı diskinə tanıtım edib. 

Tanınmış incəsənət xadimləri, xalq artistləri - Faiq Sücəddinov, Mübariz Tağıyev, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, aranjemançı Yaşar Baxışın dəvət olunduğu tədbirdə, həmçinin tanınmış estrada müğənnisi Elnarə Xəlilova, bəstəkar-şairə Günel Sərdarqızı, teleaparıcılar - Zemfira Adıgözəlova, Rövşən Cahangir və başqaları da fəxri qonaq kimi iştirak edirdilər.

Jurnalist Türkan Məmmədlinin aparıcılığı ilə başlayan tədbirdə öncə səbəbkar haqqında ətraflı məlumat verilidi.

24 yaşı olan Lətifə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfini bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Musiqi Akademiyasında SSRİ-nin xalq artisti Xuraman Qasımovanın sinfində davam etdirib.

O, 2005-ci ildən etibarən dövlət simfonik, kamera, xalq çalğı alətləri orkestrlərinin müşaiyəti ilə şəhərimizin böyük konsert salonlarında səhnəyə çıxır. Elə həmin ildə Azərbaycanın əməkdar incəsənət xadimi, mərhum sənətkar Həsənağa Qurbanovun dəvəti ilə Lətifə "Dan Ulduzu” instrumental ansamblının solisti seçilir.

Həsənağa Qurbanovun rəhbərliyi ilə xalq mahnısı "Sarı Gəlin” əsərini klassik üslubda ifa etmək də onun adı ilə bağlıdır.

Lətifə Azərbaycan musiqisi incilərindən olan "Sarı gəlin”i qədim Koreya musiqi alətlərinin müşaiyəti ilə ifa etmək yeniliyinə də imza atıb.

Təqdimat zamanı jurnalistlər müğənninin səs imkanları ilə daha yaxından bələd olsunlar deyə 2 klip də nümayiş olundu.

Rejissor Fuad Əlişovun ekranlaşdırdığı Kaççininin məşhur "Ave Maria” əsəri və musiqisi İlham Abdullayevə sözləri Baba Vəziroğluna məxsus olan "Bu sevgidən yoruldum” adlı mahnılarına çəkilmiş ekran işlərinə tamaşa etmək qələm əhlində xoş təəssüraf yaratdı.

Təqdim olunan "Prima” toplusuna ümumilikdə 9 mahnı daxil edilib. Vokal ifaçısının ən fərqli yeniliyi isə rok, pop və opera janrlarını mükəmməl sintez edə bilməsidir. Lətifənin bu bacarığı dünya musiqisində yenilik hesab oluna bilər.
Disk Azərbaycanda "Gilan” musiqi şirkətində istehsal olunsa da, üz qabığı Türkiyədə hazırlanıb.

İtalyan əsəri D’amore”nin bekvokalı olmaq müğənni Elnarənin adı ilə bağlıdır. Jurnalistlərə verdiyi açıqlamasında bunu etiraf etməkdən çəkinmədiyini vurğulayan müğənni Lətifə kimi güclü səslərə səhnədə ehtiyac olduğunu dilə gətirdi:

"Bekvokal olmaq özü bir məharətdir. Şadam ki, öz mahnılarımla yanaşı, sənət dostlarımın da mükəmməl ifalarının yaranmasında mənim də payım olur. O, həqiqətən də, peşəkar müğənnidir. Çox güclü səsi var, İnşallah, keyfiyyətli işləri ilə bizi sevindirməkdə davam edər”.

Milli.Az-a verdiyi açıqlamasında türk əsilli iş adamı Deniz Soyözlə ailə həyatı qurduqdan sonra sənətdə fasilə verdiyini diqqətə çatdıran Lətifə təqdim etdiyi albomu atasının ruhuna ithaf etdiyini söylədi:

"Bilmirəm təsadüfdənmi, zərurətdənmi tədbirimiz cümə axşamı gününə təsadüf etdi. Albomu bütünlüklə Azərbaycanın incəsənət xadimləri arasında yetərincə tanınan mərhum atam Akif Fətəliyevin ruhuna ithaf etmişəm. Çünki sağlığında atam bu albomun hazırlanması üçün çox əziyyət çəkmişdi.

Ölümü məni çox sarsıtsa da, anam, qardaşlarım və həyat yoldaşımın sayəsində toparlanmağa çalışdım. Əminəm ki, atamın ruhunu sevindirdim.

Bundan sonrakı yaradıcılığımda da çalışacağam ki, var gücümü səfərbər edib, maraqlı layihələr ərsəyə gətirim. Atam məni "Prima” deyə çağırırdı. Mən birinci xanım anlamını verən təxəllüsü ömrüm boyu doğruldacağam”.

23:01

Просмотров: 259 | Добавил: Admin_VuqaR | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Ноябрь 2012  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024