»   

XeberdarOlaq
Esas Sehife | | Qeydiyyat! | Giris
 
Вторник, 02.07.2024, 09:36
Salamliyiriq sizi Гость | RSS
Bolmeler
Reklam

 »  

1 Gunluk 1 Azn
Mini-Chat
Bizim Sualimiz?
Saytimiz Necedu?
Butun Cavablar: 2443
Reklam Yeri

 »  

Sizin ReklamYeri

 »  

Reklam Yeri

 »  

XeberdarOlaq/Radio
Gunun Videosu!
Reklam
Главная » 2013 » Июль » 2 » Azərbaycan Respublikası Prezidentinin Fərmanı
22:42
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

»

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında
fərman imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. "Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş məsuliyyətin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. həmin Qanunun 25-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün dövlət rüsumunun məbləğinin müəyyən edilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. həmin Qanunun 10-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş şəhər avtomobil yollarının təsnifatını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.6. həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının təhkim zolağının ölçülərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 15-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.8. həmin Qanunun 15-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçülərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 15-2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 25-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla, maliyyə vəsaiti ayrılmasını təmin etsin;
1.1.12. "Avtomobil yolları” Məqsədli Büdcə Fondunun əlavə mədaxil mənbələrinin müəyyənləşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.13. "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin tərkibində (tabeliyində) olan qurumların siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi "Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 34-1-ci maddəsinin birinci hissəsinin on birinci bəndinə uyğun olaraq, avtomobillərin karxana avtomobillərinə aid edilməsinə dair tələbləri iki ay müddətində müəyyən etsin.

3. Müəyyən edilsin ki:
3.1. "Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
3.2. həmin Qanunun 10-1-ci maddəsinin üçüncü, 14-cü maddəsinin ikinci, 15-ci maddəsinin səkkizinci, 15-1-ci maddəsinin üçüncü, 15-2-ci maddəsinin ikinci, 19-2-ci maddəsinin birinci, 25-ci maddəsinin yeddinci, 29-cu maddəsinin on ikinci və 40-2-ci maddəsinin birinci hissələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.3. həmin Qanunun 15-1-ci maddəsinin dördüncü hissəsində, 19-2-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində, 25-ci maddəsinin ikinci, beşinci və altıncı hissələrində, 34-1-ci maddəsinin birinci hissəsinin on birinci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;
3.4. həmin Qanunun 14-cü maddəsinin üçüncü hissəsinin ikinci bəndində və 15-1-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yol hərəkətinin təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, digər sahələrdə isə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir;
3.5. həmin Qanunun 1-ci maddəsinin birinci hissəsinin on doqquzuncu bəndində, 10-1-ci maddəsinin ikinci hissəsində, 13-cü maddəsinin altıncı hissəsinin birinci cümləsində və on birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanları öz balanslarında olan avtomobil yollarına münasibətdə həyata keçirirlər;
3.6. həmin Qanunun 19-1-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Просмотров: 507 | Добавил: Admin_VuqaR | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Axtariw
Reklam Yeri

 »  

Kalendar
«  Июль 2013  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Acar Sozler
Aprelin 2-dən 4-dək Bakıda Milli Məclisin binasında Avronest P Türkiyənin Baş nazir Rəcəb Tayyip Ə Arif Rusiya prezidenti Dmitri Medvedev h Azərbaycanın ev sahibliyi etdiyi “E Mançester Yunayted argentinalı üçün “Eurovision-2012” mahnı müsabiqəsin «Şahdəniz» konsorsiumu 25 mlrd. ABŞ Hip™Hop “Lamborghini” dünyanın ən “bərk ged Fransanın hazırkı prezidenti Nikola Azərbaycan Vergilər Nazirliyində PO 34 mlrd. avro təşkil edib Almaniyanın “Daimler” avtomobil şir Avropa Komissiyası və Azərbaycan Tr MTN: Azərbaycanın təhlükəsizliyinə Helsinki Vətəndaş Assambleyasının ( Rusiyanın paytaxtı Moskva şəhərində “Yanğının mürəkkəbliyi nəzərə alına Bu il Azərbaycanda I qrup üzrə ixti hər hansı bir imtahan fənni istisna ABŞ-ın Ohayo ştatında yaşayan 26 ya MKİ-nin keçmiş əməkdaşı bütün söylə Hacı Surxay: “Qurani-Kərim Ramazanı Ramazan da Qurani-Kərimin”
Ilin Debli Geyimi

 »  

 »  

 »  

Reklam 180x380

 »  

Gunun Stati-G.Afaq

 »  

Xeberler

 

 »   


Copyright bY_QuluzaDE © 2024